Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nostradamusun müdhiş proqnozu - “Şərqli bəstəboy diktator, Avropanın 7 şəhəri...”

2000-ci illərin əvvəliydi, həm yeni yüzilə, həm də yeni minilliyə qədəm basmışdıq. Hər ilin əvvəlində olduğu kimi, yenə də yeni əsrə dair proqnozlar verilirdi.

Dünya mediası yenə 500 il əvvəl yaşamış Mişel Nostradamus adlı bir fransız öncəgörən şairin katrenlərinin içində eşələnir, müsyönün sətirləri arasında 21-ci əsrə dair proqnozlar axtarırdılar. Ən qəribəsi də o idi ki, tapırdılar.

Həmin katrenlərdən birinin yozumu təxminən beləydi ki, 21-ci yüzilin əvvələrində Yaxın Şərqdə bir bəstəboy diktator peyda olacaq və o, Avropanın yeddi şəhərinə qarşı elə bir silah işlədəcək ki, şəhərin üzərində göbələyə oxşayan zəhərli buludlar əmələ gələcək.

Doğrusu, həmin katerinin orijinalının linki yox idi, ona görə də dəqiq demək olmazdı ki, həqiqətən də Nostradamus elə misralar yazıb, ya yox. Amma bu barədə yazmayan qəzet qalmamışdı.

Hətta ünlü öncəgörənin şifrəli katreninin yozumunu dübarə yozanlar da vardı. Onlar deyirdilər ki, “göbələyə oxşayan zəhərli buludlar” söhbəti artıq 1945-ci ildən bəşəriyyətə tanışdır: bu, atom bombasının törətdiyi partlayışdır.

Yerdə qalırdı Yaxın Şərqdə peyda olacaq bəstəboy və qəzəbli diktatorun kimliyini tapmaq.

Tərs kimi, bu Şərq adlı dağılmışda diktator olmayan dövlət başçısı yox idi. Namxuda, hamısı da bir-birindən qəzəbliydi.

Ancaq onları ələmək üçün meyar da vardı – o diktator balaboy olmalıydı, üstəlik, elə bir ölkəyə rəhbərlik etməliydi ki, əlinin altında nüvə silahı olsun.

Şərqdə nüvə dövlətləri də çox deyildi – Çin, Hindistan, Pakistan. Pakistanın o zamankı baş naziri Nəvaz Şərif balacaboy olmadığı, əksinə, caydaq adam olduğu üçün o, şübhədən kənardaydı. İraqdakı Səddam da hündürboy idi, amma atom bombası düzəltmək istəyirdi.

Çinin liderləri bəstəboy olsalar da, qəzəbli deyildilər, fikirləri zirzəmilərdə paltar tikib dünyanı geyindirmək idi. Hindistanın rəhbəri də Allah adamıydı, heç kəslə, xüsusilə də Avropa ilə intirqası yox idi. Ona görə də onlardan xatircəm idik.

Sonradan Şimali Koreyanın bəstəboy və toppuş lideri Kim Çen In hakimiyyətə gələndə və bu dövlət nüvə silahına malik olduğunu bəyan edəndə, barmağımızı dişlədik. Dedik, əlbət, Avropanın başının bəlası bu olacaq. Amma o da eləcə, ABŞ-la öcəşdi, Avropa ilə işinin olmadığını göstərdi.

Nəhayət, 2005-ci ildə bəstəboy Mahmud Əhmədinejad İranda hakimiyyətə gələndə və ölkəsinin nüvə proqramını intensiv şəkildə həyata keçirməyə başlayanda düşündük ki, qırxdır, bir əskik deyil, Avropanın yeddi şəhərində “göbələk qonaqlığı”nı ağayi Əhmədinejad təşkil edəcək.

Adam Avropa dövlətləri ilə gərgin çəkişmədəydi, İsraili də pis-pis hədələyirdi. Axırda ABŞ gördü ki, İran nüvə silahı əldə edərsə, region və dünya üçün real təhlükəyə çevriləcək, götürdü, Tehrana çoxlu sanksiya tətbiq etdi, müharibə ilə hədələdi, Buşəhri vurmaqla təhdid etdi, nəhayət, İran nüvə proqramını inkişaf etdirməkdən vaz keçdi.

Beləcə, bəlkə də Avropanın yeddi şəhəri xilas oldu. Əhmədinejadın yerinə gələn prezidentlər boyca hündür olduqları üçün qorxusu yoxdur. Çünki Nostradamus öz katrenində açıq yazıb ki, Avropanı balacaboy bir şərqli diktator vuracaq.

İndi qorxutmaq kimi çıxmasın, Nostradamusun 500 il əvvəl dediyi proqnozun bütün şərtləri hazırdır.

1. Bu Şərq ölkəsi Rusiyadır; 2. Ölkənin rəhbəri bəstəboydur; 3. Putin 22 ildir hakimiyyətdədir və necə lazımdır, diktatordur. 4. Onun əlinin altında Avropanın nəinki 7, hətta 77 şəhərində göbələyə oxşayan zəhərli buludlar təşkil etmək üçün nüvə başlıqlı ballistik raketlər var; 5. Hazırda o, bütün Avropa ölkələri ilə müharibə vəziyyətindədir. 6. ABŞ prezidenti Bayden də artıq daha yekə müharibənin (ballistik raketlərin qarşılıqlı uçuşmasının) anonsunu verib.

Belə anlaşılır ki, hazırda Ukraynadakı müharibə Rusiyanın istəmədiyi istiqamətdə getsə, yəni, Avropa ölkələrinin köməyi ilə Ukrayna Rusiyaya dirəşsə və onu məğlub etsə, Avropanın 7 şəhəri Xirosima və Naqasakidəki buludların eynisini öz üstündə görə bilər.

Əgər Nostradamusun proqnozunu ciddiyə alsaq və qaçılmaz hesab etsək, o zaman gərək oturub o 7 şəhərin hansılar olduğunu götür-qoy edək, bir-bir ələyək.

Ancaq ümid edək ki, Mişel Nostradamus əslində sadəcə dəlixay bir şair olub, götürüb ağlına gələni yazıb.

İşdir, Allah eləməsin, onun bəstəboy diktatorla bağlı verdiyi proqnoz düz çıxsa, indən belə yalnız onun katrenlərini oxuyacam. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Ən çox oxunanalar